Bizim mövqeyimiz hər zaman müstəqil mövqe olub.Biz hər zaman öz mövqeyimizi açıq nümayiş etdirmişik.O cümlədən buna görə dünyada böyük hörmət qazanmışıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan 15 iyul müşavirəsində söyləyib. Tədbirdə iştirak edən cənab İlham Əliyev çıxışı zamanı bir sıra məsələlərə toxunmuşdur.
İlin altı ayı bir daha onu göstərir ki,ölkəmiz uğurla inkişaf edir,bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında,Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmək istərdim.Bu hərəkatın nəticəsində hər zaman ki,kimi gənclərimiz diqqətdən kənar qalmır,Gənclər Platforması yaradılır.Gənclər forumu keçiriləcək və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılacaqdır.
Bildiyimiz kimi xarici aparıcı ali məktəblərdə Azərbaycan gənclərinin dövlət xətti ilə təhsil alması proqramını da yenidən işə saldıq.Kadr hazırlığı,əlbəttə ki,çox vacib olan məsələdir. Bizim sədrliyimiz bir daha göstərdi ki,Azərbaycan öz sözünə sadiqdir.Beynəlxalq arenadakı oynadığımız rol,göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyimiz dəstək -humanitar dəstək,maliyyə dəstəyi,xüsusilə COVİD-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu,əlbəttə ki,böyük dərəcə də artırmışdır.
Gələn il görüləcək işlər əminəm ki,ölkəmizi daha da gücləndirəcək.Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq,vədlərə əməl etmişik.Əminəm ki,biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq,istədiyimizə nail olacağıq.Arzularımız da odur ki,ölkəmiz güclənsin,xalqımız daha yaxşı yaşasın.
Cənab Prezident İlham Əliyevin bu tarixi çıxışı bir daha sübut edir ki,biz həmişə sözümüzdə dururuq,həmişə verilən sözə sadiqik.
Aynur Qənbərova,
Bakı şəhəri, Xətai rayonu, 263 nömrəli tam orta məktəbin Uşaq birliyi rəhbəri