Bu il iyul ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirildi. Müşavirədə ölkə üçün əhəmiyyət kəsb edən bir sıra məsələlər və onun həlli istiqamətində aparılmış işlər haqqında məlumat verildi. Görülmüş işlər arasında ən önəmli məqamlardan biri də hərbə diqqətin artırılması idi.
44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, hərbi güc dövlət üçün mühüm şərtlərdəndir. Bu qələbə ölkə siyasətində hərbi müdafiə sahəsinin xüsusu əhəmiyyət kəsb etdiyini göstərir. Cənab Prezident altı ayın yekunu ilə bağlı çıxışında hərb sahəsində aparılmış islahatlardan da bəhs etdi.
Ölkə başçısının çıxışından aydın görünür ki, həmin islahatlar bir neçə istiqamətdən aparılır. Ordunun strukturun formalaşması və hərbi təhsilin artırılması sahəsində bir sıra işlər görülmüşdür. Dünya təcrübəsindən yararlanaraq orduda yeni hərbi birləşmələr yaradılır. Müxtəlif istiqamətlərdə təlimlər keçirilir. Bütün bunlar dövlətin hərb sahəsinə diqqətinin göstəricisidir.
Güclü ordunun vacib şərtlərindən biri də texniki hazırlıqdır. Ölkəmizdə bu cəhətə də diqqət artırılır. Müxtəlif ölkələrlə əlaqələr yaradılır və möhkəmləndirilir, yeni hərbi texnikalar, silah-sursatlar alınır. Cənab Prezident bu işin davam edəcəyini bildirərkən ordu quruculuğu işinə diqqətin artacağını vurğuladı. Keçən il bu ilin dövlət büdcəsi təsdiqlənərkən hərbi xərclərə ayrılan vəsait təsdiq olunmuşdu. Lakin görülən yeni işlər, islahatlar maliyyə xərclərinin artmasına gətirdiyindən əlavə vəsait ayırmağa ehtiyac duyuldu. Hərbi sahəyə ayrılan xərclərin artırıldığını vurğulayan cənab Prezident bu imkanın iqtisadi artımda yaranmış irəliləyişlər sayəsində mümkün olduğunu bildirdi. Çünki güclü ordunun və texniki təminatın vacibliyini Qarabağ münaqişəsi zamanı bir daha anladıq.
Ölkə başçısı hərbiçilərin sosial müdafiəsinin təmini məsələsinə də toxundu. Onların xidmət göstərdiyi yerlərdə şəhərciklər təmir edilir, yenidən qurulur. Hərbiçilərin xidməti vəzifələrini yerinə yetirmələri üçün hər bir şərait yaradılır. Qüsursuz xidmət edən hərbiçilər dövlət tərəfindən mənzillə təmin olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemlərilə bağlı məsələyə də toxunmuşdu. Ölkə Başçısı çıxışında Vətən müharibəsində sağlamlığını itirmiş hərbiçilərimizin, qazilərimizin ən müasir protezlərlə təmin edildiyni bildirmişdir: Bu protezlər onların rahat yaşayışına tam şərait yaradır. Sağlamlığını itirmiş hərbiçilərimiz dövlət tərəfindən daim qayğı ilə əhatə olunur və olunacaqdır. “Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır”.
Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayonu, İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri