Azərbaycan dövlətinin və xalqımızın müstəqilliyin bəhrəsi olaraq nail olduğu uğurları çoxdur. Bu sırada əsas nailiyyətlərimizdən biri Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının gətirdiyi siyasi və iqtisadi yenilikləridir. Bu strategiyanın uğurla reallaşması nəticəsində dünyanın aparıcı neft şirkətləri Xəzərin Azərbaycan sektorunda neft hasilatına cəlb olundular. Ölkəmiz tədricən dünya birliyində enerji təhlükəsizliyinin təmini baxımından etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirdi.
Enerji məsələsi bu gün dünyada hər bir dövlətin təhlükəsizliyinin əsas məsələsidir. Xüsusən son onillikdə dünyada cərəyan edən, ələlxüsus, əvvəlcədən proqnozlaşdırılmayan müxtəlif siyasi və iqtisadi proseslər - yeni müharibə ocaqlarının yaranması, enerjidaşıyıcılarının nəqli sahəsində problemlərin yaşanması təsdiq etdi ki, hər bir dövlət üçün enerji təhlükəsizliyi olduqca aktualdır. Bu mənada zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanın marşrutların genişləndirilməsi ilə bağlı təşəbbüsləri həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın diqqətini cəlb edib.
Azərbaycan rəhbərliyi neft və qazın nəqli marşrutlarının şaxələndirilməsi ilə bağlı səslənən təklifləri daim dəstəkləyib, xüsusən bu sahədə müxtəlif layihələr üzərində baş sındıran Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfələr verməyə hazır olduğunu hər zaman bəyan edib. Ona görə bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən respublikamız dünya birliyində etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirib. Son illər bu istiqamətdə baş verən, gələcəkdə Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edəcək hadisələr həm də Azərbaycanın enerji siyasətinin böyük uğurlarıdır.
Azərbaycan ilə Avropa İttifaqına daxil olan ölkələr arasında enerji sahələri üzrə sıx əlaqə mövcuddur ki,bunun da əsas səbəbkarı Azərbaycan dövləti,onun lideri İlham Əliyev cənablarıdır Bir sözlə Azərbaycan dövləti özünü etibarlı tərəfdaş kimi tanıtdırıb.Bütün bunlar ona gətirib çıxarır ki,Azərbaycanın apardığı daxil və xarici siyasət dəqiqliklə hesablanmış siyasətə söykənir.
Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri