Azərbaycan Respublikasının Prezidenti bildiyimiz kimi, dövlət başçısı İlham Əliyevin 15 iyul, 2022-ci il tarixli dövlətin ali rəhbərliyi ilə təşkil olunmuş müaşavirədə və habelə Nazirlər Kabinetinin digər hesabatlı iclaslarında, o cümlədən koronavirus pandemiyası ilə əlaqədar bir sıra mötəbər və nüfuzlu beynəlxalq qurumların (bank sekotoru, yüksək texnologiyalar üzrə şirkətlər vəs.) ali rəhbərləri ilə görüş və çıxışlarında ardıcıl olaraq kölgə iqtisadiyatına dair və onun bütövlükdə ölkə iqtisadiyyatına vurduğu neqativ təsirlərdən geniş danışmış və onun birmənalı olaraq aradan qaldırılması üçün kifayət qədər siyasi iradənin olduğunu da dəfələrlə vurğulamışdır.

Həm də məlumumuzdur ki, bu prosesin özü də geniş ictimayətin gözü önündə, dayanıqlı və davamlı dərin islahatlar fonunda həyata keçirildiyi də qaçılmaz bir faktdır.
Eyni zamanda, bu istiqamətdə bütovlükdə iqtisadi sektorda aparılan islahatların daha da geniş vüsət alması məqsədilə direktiv və normativ sənədlər toplusunda qanunvercilik və inzibatçılıq metodlarının, o cümlədən üsul və idarəetmənin daima yeniləndiyini həmçinin, 2016-cı il dekabr ayında "İqtisadiyyatın İnkişafına dair Yol Xəritəsi"nin də ayrıca olaraq qəbul edildiyini qeyd etmək xüsusi olaraq yerinə düşərdi.
Bununla da, bu istiqamətdə dövlətin həm qərarlılığı, həm də bu sahənin prioritet məsələlərdən olduğu geniş ictimai təfəkkürdə öz təşəkkülünü tapmışdır. Bu da, öz növbəsində ölkə iqtisadiyyatının dirçəldilməsi yönündə, həm dövlət qayğısının öz ifadəsi kimi önəmsənilmiş, həm də icrası aktual və vacib olan məsələlərə aid edilərək "Yol Xəritəsi''-nin bütövlükdə həyata keçirilməsi aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülmüşdür.
Eyni zamanda, bu hesabatın özünü də ölkəmizdə gizli və kölgə iqtisadiyyatının olması təxminində ümumi iqtisadiyyatın bütövlükdə itirdiyi maliyyə vəsaitləri kimi də başa düşüldüyü də ortadadır.
Başqa bir canlı misal da ölkə Prezidentinin dəfələrlə yanında keçirilmiş büdcə müzakirələrində gömrük komitəsinin yarıtmaz işləri və digər nöqsanlarla ilə bağlı dövlət yetkililərinin qeyd etdikləri kimi son illərdə gömrük komitəsində əvvəlki illərdə itirildiyi təxmin edilən milyonlarla əlavə gəlirlərin xatırladılması da bu yerdə yerinə düşən amillərdəndir.
Belə ki, ötən illərdə bu itkilər milyonlarla hesablansa da yenə ortada kifayət qədər böyük rəqəmlərin olduğu açıqca yol verilmiş korrupsiya əməliyyatlarına bariz bir nümunədir. O cümlədən, rəsmi dövlət orqanlarının bu istiqamətdə statistik hesabatlarına istinadən belə misalların sayını çox gətirmək olardı. Bu misalların əksəriyyəti mahiyyətcə eyni məzmun daşıdıqları üçün cənab Prezidentin müşavirədə çıxışı bu qəbildən tam anlaşılandır.
Xüsusən də dövlət təşkilatlarında, qeyri dövlət strukturlarına, o cümlədən özəl sektor da daxil olmaqla "qara" mühasibatlığa qədər geniş yayılmış gizli və kölgə iqtisadiyyatın institutlaşmış köklərini gedərək dərinləşdiyi ayrıca olaraq vurğulanmışdır. Hətta, ümumilikdə ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində vergi orqanlarında qeydiyatdan keçmədən fəaliyyət göstərən müəsissə və digər strukturlarda süni yollarla gəlirlərin gizlədilərək və ya heç göstərilmədən çalışdırılan hüquqi və fiziki şəxslərin olduqları dəfələrlə qeyd edilmişdir.
Yuxarıda qeyd olunanlara əlavə olaraq bu gün yeni çağımızın çox maraqlı və əyləncəli sahəsi sayılan və həm də XXI əsrin gələcəyi hesab olunan bütövlükdə İnternet məkanında rəqəmsal iqtisadiyyatın, virtual biznesinin və onun qeyri ənənəvi fəaliyyətlərinin üzərində qurulan "ağıllı" platformalarda, o cümlədən kiber məkanda bütövlükdə sahibkarlıq fəaliyyətləri elektron ticarət, internet ticarəti, kompüter on-line oyunları, idman mərc oyunları (elektron kazino, topaz, kriket, at yarışları vəs.) kimi olmaqla bu virtual sahibkarlıq fəaliyyətlərinin qanunauyğun formada vergiləndirilməsi prosesləri, vergi bazası və vergitutma potensialı baxımından da heç ürəkaçan vəziyyətdə deyildir.
Hətta, bu yöndə internet ticarəti ilə məşğul olan sahibkarlıq fəaliyyətlərinin ÜDM-də xüsusi çəkisi bu gün də hiss olunmayacaq dərəcədə əhəmiyyətsiz rəqəmlərlə ifadə olunur.
Ölkəmizin yaşadığı bu ağır iqtisadi böhran durumunda yaşanan pandemiya krizisi fonunda milyonlarla maliyyə itkiləri şəkilində müşayət olunduğu guman olunur.
Qlobal maliyyə bohranı və bu sahədə təkcə analitik-iqtisadi təhlillərə söykənən məntiqi nəticələrin sadə rəqəmlərlə ifadəsi onu göstərir ki, kiçik, orta və iri sahibkarlığın fəaliyyətlərinə xüsusi yanaşmalar tələb olunur. Statistik rəqəmlərdən və onların analitik təhlillərindən göründüyü kimi büdcə ödənişlərinin məbləğ olaraq əsas hissəsini sayca iri vergi ödəyiciləri, geridə qalan cüzi məbləğini isə yerdə qalan kiçik və orta vergi ödəyiciləri ödəyir.
Nəticədə bütün bu təhlil olunan rəqəmlər bütövlükdə ölkə iqtisadiyyatının inkişaf dinamikasına vurulan zərbədir.
Odur ki, qara mühasibatın "tədricən" deyil "radikal" şəkildə agardılması qaçılmaz məsələlərdəndir və görünən də odur ki, ölkə rəhbərliyi bu istiqamətdə bir daha ciddi islahatların anonsunu, o cümlədən vaxt itirilmədən bir an öncə köklü reformlara başaladılması tapşırıqlarını vermiş oldu.
Əflatun MƏMMƏDOV,
MSN ETİN-nin l müavini, YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert