20 iyul 2022 01:38
904

Şəhid ailələri və qazilərə qayğı dövlət siyasətinin əsas istiqamətlərindəndir

Birinci Qarabağ müharibəsindən sonra Ümumilli Liderimiz  Heydər Əliyevin  və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissəsində müharibə iştirakçılarının və  şəhid ailələrinin həyat şəraitini yaxşılaşdırmaq dayanmışdır.

Prezident  cənab İlham Əliyevin sədrliyi ilə 15 iyul 2022-ci il tarixdə keçirilmiş   bu ilin 6 ayın yekunlarına həsr olunmuş müşavirə dövlət başçısı şəhid ailələri və müharibə iştirakçıları ilə  bağlı çox vacib məqamlara toxunmuşdur.   Möhtərəm Prezident  cənab İlham Əliyev bildirmişdir ki, “Müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilmişdir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Biz bunu edirik. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır”.

Dövlət başçımız  müşavirədə şəhid ailələrinə göstərilən  xüsusi diqqətədən də  danışaraq bildirmişdir ki, “Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir şəhid ailələri və müharibə əlilləri daim dövlətimizin diqqəti mərkəzindədir.”

Dövlətimiz tərəfindən  şəhid ailələrinə və müharibə əlillərinə qayğı siyasəti Prezident İlham Əliyevin rəhbərliyinin bütün dönəmlərində ardıcıl xarakter daşıyıb. Vətən uğrunda fəda edən şəhidlərimizin ailələri və qazilərimiz hər cür yüksək hörmət və ehtirama layiqdirlər.

44 günlük Vətən Müharibəsindən sonra da  qarşıda duran ən mühüm vəzifələrdən biri də  məhz bu müharibənin qəhrəmanlarının və onların ailələrinin həyat şəraitinin yaxşılaşdırılması əsas məsələ idi.  Bu məqsədlə müharibədən sonra ilk günlərdən başlayaraq bu kateqoriyalara daxil olan insanlara xüsusi xidmətlər göstərilmişdir.Ölkəmizdə aparılan sosial islahatların prioritetlərindən biri də  şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsidir.

Sözünə sadiq, sözü imzası qədər dəyərli və keçərli olan Möhtərəm Prezidentimiz verdiyini vədlərini yerinə yetirir . Daha güclü Azərbaycan naminə! Dövlət başçısının vurğuladığı kimi: "Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, bütün sahələrdə onu yerinə yetirmişik, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın".

Dövlətin bu sahədə gördüyü işlərə qayğı Heydər Əliyev Fondunun, şəxsən fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ən çox diqqət yetirdiyi sahələrdəndir. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti qayğıya ehtiyacı olan insanların, xüsusilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, əlillərin sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır.  Bu bir daha göstərir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Dövlətimiz həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərmək prinsipini qoruyub saxlamaqdadır.

Ölkəmizdə şəhidlərə və onların ailələrinə, əlillərə olan münasibət dövlətimizin məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətidir.Dövlətimiz şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir və bu işlər daha da intensiv xarakter almaqda davam edəcək.

Əli Paşayev,
YAP Tərtə rayon təşkilatının məsul əməkdaşı