Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında, dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətimizin dünya miqyasında tanıdılmasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
Azərbaycan keçən dövr ərzində kifayət qədər tarixi uğurlar qazanıb. Bu uğurlar həm iqtisadiyyatda, həm sosial sahədə, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artması istiqamətində əldə edilib. Bu uğurlar içərisində ölkədə əldə edilmiş milli birliyin nəticəsində uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad olunmasını xüsusilə vurğulamaq istərdim. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın apardığı uğurlu siyasətini gördük
Möhtərəm Prezidentimiz ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir olan, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifah halının yaxşılaşdırılmasına və dövlətçiliyin inkişafına yönəltməyi bacaran liderdır. Azərbaycan xalqı çox xoşbəxtdir ki onun İlham Əliyev kimi Prezidenti vardır. Ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyət, xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa bir zamanda demokratik inkişaf yoluna çıxarmağa qadir olan İlham Əliyev kimi dövlət başçısı bizlərə bəxş etmişdir.
19 ildə Azərbaycanın bütövlükdə inkişafı, əldə etdiyimiz uğurlar Prezident İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti, uzaqgörənliyi sayəsində mümkün olub. Xalqımızın sosial rifahının daha da yaxşılaşdırılması dövlət başçısının sosial-iqtisadi siyasətinin əsas məqsədidir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin firavanlığı və çiçəklənməsi, dünya siyasi arenasında nüfuzunun və mövqeyinin möhkəmləndirilməsi istiqamətində məntiqli daxili və xarici siyasəti verilən vədlərə sadiqliyin nümunəsidir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində insanların sosial rifah halının durmadan yaxşılaşır. Xalqın sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən islahatların nəticələrini vətəndaş öz üzərində görür və bunu dövlət başçısının yüksək diqqət və qayğısı kimi qiymətləndirir. Bu da oz novbəsində Xalq-Prezident, Xalq-İqtidar birliyini daha da möhkəmləndirir.
Prezidentimiz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşdür. İstər siyasi istər iqtisadi cəhətdən tam müstəqil dövlətik. Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, Azərbaycan dünyanın ən mütərəqqi dövlətlərin birinə çevrilib.
Bu Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.
Əntiqə Tağıyeva,
YAP Masallı rayon təşkilatı Tarix- Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri