Müzəffər Ordumuzun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra qarşıda dayanan əsas vəzifə işğaldan azad edilən ərazilərin bərpa-yenidənqurma işlərinin aparılması və qayıdışın təmin olunması üçün lazimi infrastrukturun formalaşmasıdır. Bu vəzifənin layiqincə yerinə yetirilməsinin təmin edilməsinə görə işğaldan azad edilmiş ərazilərdə bütün işlər ardıcıllıqla və planlı şəkildə həyata keçirilir.
Həyata keçirilən layihələrə nəzər salsaq, bu ərazilərdə qısa zaman müddətində böyük yol qət edildiyini görə bilərik. Qarabağda infrastrtuktur işlərinin sürətlə davam etdirilməsi, yaşayış binalarının inşasının başlanılmasına və bəzi ərazilərdə tamamlanması da göz önündədir. İnfrsatukturun yaradılması ilə paralel olaraq bu ərazilərdə sərhədlərin qorunması və təhlükəsizliyin təmin olunması üçün etibarlı mühafizə sistemi təşkil olunmuş və hərbi hissələr istifadəyə verilmişdir.
“Ağıllı kənd” layihələrindən biri olan Zəngilan rayonun Ağalı kəndi istifadəyə verilib. Yaxın günlərdə bu ərazidə daimi məskunlaşacaq insanların ilk köçürülməsi baş tutacaqdır. Bununla yanaşı erməni işğalından azad olunmuş digər ərazilərdə də “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulan beş şəhərin Baş planı təsdiqlənmiş yeni yaradılacaq kəndlərin yerlərin müəyyən edilmişdir.
Ərazilərin bərpa edilməsi, əkin işlərinin başlanılması ölkədə kənd təsərrüfatı məhsullarının bolluğuna səbəb olacaqdır. Böyük potensiala malik ərazilərin yenidən əkin dövriyyəsinin qaytarılması ölkədə aqrar sahənin inkişafına təkan verməklə bərabər, həm də xaricdən idxal olunan kənd təsərüüfatının məsullarının qarşısını xeyli dərəcədə alacaqdır.
Qarabağın işğaldan azad olunmasından sonra sürətlə aparılan infrastruktur quruculuq layihələrdən vacib hesab olunanı hava limanlarıdır ki, bu ərazilərdə üç beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Ali baş Komandan İlham Əliyevin iradəsinin nəticəsi olaraq iki ildə iki aeroportun tikinti işləri başa çatmış və bu yaxınlarda Zəngilan hava limanında ilk təyyarəmiz eniş etmişdir.
Qeyd edək ki, xarici şirkətlərdə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrə böyük maraq göstərir. Artıq bəzi ölkələr bu ərazilərə investitsiya qoyuluşunda iştirak etib.
Hazırda həyata keçirilməsi planlaşdırılan meqa layihələr ilə işğaldan azad olunmuş doğma torpaqlarımızı əvvəlkilərdən də daha gözəl ərazilərə çevriləcəkdir.
Səba Rzayeva,
YAP-ın gənc fəalı