İyul ayının 15-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilidi. Prezident müşavirə zamanı çıxışında ölkə əhəmiyyətli məqamlara toxunub, müxtəlif sahələrdə əldə edilmiş uğurlarla bağlı məlumatları təqdim edib. Azərbaycan Prezidenti İlham Əliyev ölkə daxilində həyata keçirilən sosial-iqtisadi layihələr, ümumi inkişafımız kontekstində, həm də xarici siyasət və regional münasibətlər kontekstində kompleks olaraq təqdim edi. Prezident əvvəla beynəlxalq məsələlərə nəzər salaraq ərazilərimizin bərpası və böyük qayıdış istiqamətində əsas məsələlərdən biri kimi Azərbaycanın yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul edilməsi məsələsini aktuallaşdırdı. Bu, özlüyündə olduqca mühüm məsələdir. Çünki böyük qayıdış, ərazilərimizin yenidən bərpası və regionumuzda sülhün bərqərar olması məsələsi beynəlxalq aləmin baş verən proseslərə münasibəti ilə xeyli dərəcədə əlaqədardır. Müşavirə zamanı Prezident ilham Əliyev Azərbaycan-Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 əsas baza prinsipi ilə bağlı məsələnin qəbul edilməsinə də toxundu.
Qeyd edək ki, Ermənistan Azərbaycanın iki ölkə arasında sülhlə bağlı baza prinsipləri təklifinə cavab verib. Dəfələrlə qeyd edildiyi kim Azərbaycan düşməni, yəni Ermənistanı sülhə məcbur etmə strategiyasını həyata keçirir. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Məhz bu Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiqlədi. Azərbaycan üçün bu sülh müqaviləsinin imzalanması önəmlidir.Lakin reallıqda görünən budur ki, Ermənistan hələ də tərəddüd içindədir. Təbii ki, bu tərəddüd ATƏT-in Minsk qrupundan təklif gözləmələri və qurumun fəaliyyətini bərpa etmək istəkləri ilə bağlıdır. Amma əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan dövləti dəfələrlə bu addımın mümkünsüzlüyünü bəyan edib. Azərbaycan heç bir xarici qüvvədən təsirlənmədən müstəqil xarici siyasət yürüdür və bizim üçün əsas olan milli maraqlarımızdır!
Leyla Fətəliyeva,
BQSK-nin əməkdaşı