18 iyul 2022 17:02
854

Ermənistan üçtərəfli Bəyanatın icrasından boyun qaçırır

15 iyul 2022-ci il tarixində keçirilmiş birinci yarımilin yekununa həsr olunmuş müşavirədə cənab Prezident İlham Əliyev ötən dövr ərzində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında dəyərləndirmə apardı və geniş məlumat verdi. Cənab Prezident qeyd etdi ki, müsbət inkişaf tendensiyası davam etdirilib, bütün sahələrdə qarşıya qoyulan məqsədlərə nail olunub. Dünyada gedən qlobal dəyişikliklərə, hərbi konfrantasiyalara və beynəlxalq miqyaslı qarşıdurmaların yaratdığı fəsadlara baxmayaraq Azərbaycan davamlı inkişaf tempini qoruyub saxlayır.Bilik və əksinə daha böyük maliyyə imkanları əldə edib, beynəlxalq əlaqələri daha da genişlənib.  Azərbaycanın sədrliyi dönəmində Qoşulmama Hərakatının dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olaraq yüksək səviyyəyə qaldırılması istiqamətində ciddi işlər görülmüş, institsuional inkişafına töhvələr  verilmişdir. İstər daxili, istərsə də xarici siyasətdə əldə olunmuş uğurlar düzgün  və ardıcıl siyasətin məntiqi nəticəsidir.

Cənab Prezident İlham Əliyev digər məsələlərlə yanaşı 10 noyabr 2020-ci ildə imzalanmış üş tərəfli Bəyannamənin  icrası ilə bağlı vəziyyətə də aydınlıq gətirdi və qeyd etdi ki, 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanat Ermənistanın kapituliyasiya aktıdır və qeyd olunan Bəyanatda imzalayan tərəflərin öz üzərlərinə müəyyən öhdəliklər götürmüşdür. Azərbaycan həmişə olduğu kimi bu Bəyanatdan irəli gələn vəzifələrin icrasını təmin etmişdir. Lakin Ermənistan Bəyanatın icrası ilə bağlı üzərinə düşən öhdəliklərin icrasını təmin etmiş və son zamanlar Bəyannamənin tələblərinə zidd müəyyən açıqlamalar verməkdədir. Ermənistanın silahlı dəstələrinin Qarabağ ərazisindən çıxarılması, Zəngəzur dəhlizinin açılması kimi mühüm bəndlərin icrası istiqamətində demək olar ki, heç bir əməli iş görülməmişdir. Yüksək rütbəli Rusiya Fedorasiyası Müdafiyə Nazirliyinin nümayəndəsinin iyun ayının sonuna erməni silahlı dəstələrinin Qarabağdan çıxarılmasına dair verdiyi vədə əməl olunmasını cənab Prezident xüsusi vurğuladı və bildirdi ki, bu uzun müddət davam edə bilməz. O, bununla həm Erməniztan və Rusiyaya öz mesajını çatdırdı. Bununla cənab Prezident Bəyannaməyə imza atan tərəflərə xəbərdarlığını bildirdi. “Yəni seçim sizindir” əgər razlaşdırılmış yolla məsələ həllini tapmayacaqsa 2020-ci ilin sentyabrında olduğu kimi Azərbaycan problemini öz Silahlı Qüvvələrinin gücünə həll edəcək.

Vahid Əliyev,
YAP Xocalı rayon təşkilatının sədri