18 iyul 2022 14:09
736

Azərbaycan öz sözünə sadiq qalan ölkədir

Azərbaycan, inkişaf etmiş etmiş, beynəlxalq arenada öz sözünü demiş, nəinki öz xalqına, hətta qonşu və dostluq içərisində olduğu dövlətlərə belə kömək əlini uzatmaqla, nə qədər humanitar bir ölkə olduğunu bir daha sübut etmişdir. Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələrinizə, qazilərimizə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğı, ənənəvi olaraq ilin ilk 6 ayında da davam etmişdir. Dövlətimiz öz sözünə, öhdəliklərinə sadiq bir dövlətdir və tərəfdaşlarından da bunu tələb edir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan regionda, o cümlədən beynəlxalq aləmdə sülhə və sabitliyə sadiq, növbəti addımları proqnozlaşdıran bir ölkədir və bu yöndə daimi olaraq müsbət və uğurlu addımlar atır. Apardığımız siyasət, ölkəmizin mövqeyini nümayiş etdirir. Biz öhdəliklərimizə hörmət edir, onları yerinə yetiririk və istəyirik ki, tərəfdaşlarımız da öz öhdəliklərini yerinə yetirsin.

Ölkəmiz fundamental demokratik dəyərlərə sadiq, vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkədir. Bu gün Azərbaycanda yüzlərlə qeyri-hökümət təşkilatları, kütləvi informasiya vasitələri qanun çərçivəsində, heç bir məhdudiyyətlə üzləşmədən sərbəst fəaliyyət göstərir. Bütün bunlardan əlavə dövlətimizin, bütün dünya ölkələri COVİD-19 virusu ilə mübarizə apardığı bir dövrdə nəinki öz millətinə, hətta yaxın və dostluq əlaqələrimizin olduğu dövlətlərə maddi və mənəvi dəstəyi, onun istər regionda, istərsə də bütün dünya dövlətləri arasında nüfuzunu və sadiq bir tərəfdaş olduğunu bir daha sübut etdi.

İkinci Qarabağ müharibəsindən sonrakı çıxışlarında Prezident İlham Əliyevin Azərbaycan xalqına verdiyi sözlər və öhdəliklər bu gün də öz aktuallığını qoruyur. Belə ki, müharibədən sonra işğal altından azad olunmuş ərazilərdə əhali üçün daha sağlam ekoloji mühitin və etibarlı, yüksək standartlı rifah şəraitinin yaradılması yönündə təmizləmə işlərinin aparılması, eyni zamanda yaşıllıqların, magistral yolların, yaşam komplekslərinin salınması buna əyani sübutdur.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı