Azərbaycanın dinamik inkişafı bu il də uğurla davam etməkdədir. İnkişaf tendensiyası iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə dövlət başçımızın öz çıxışında qeyd etməsi ilə də təsdiqini tapır.
Ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər,sahələr üzrə qarşıya qoyulan vəzifələr icra edilir. Həmçinin, 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirə müstəqillik tariximizdə ən böyük və genişmiqyaslı iqtisadi, siyasi yüksəlişin əldə olunduğunun sübutudur. Müşavirədə çıxışı zamanı dövlət başçımız bəzi məqamlara xüsusilə diqqət çəkdi.
Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, cari ilin altı ayı ərzində Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr əldə olunmayıb. Bunun yeganə səbəbi isə məhz Ermənistanın hələ də öz öhdəliklərinin icrasından boyun qaçırmasıdır. Prezidentin müşavirədə Azərbaycan-Ermənsitan münasibətlərinin normallaşdırılması ilə bağlı söylədiyi fikirlər qarşı tərəf üçün önəmli mesajlar idi. Beləki, Ermənistan tərəfi başa düşməlidir ki, revanşist açıqlamaların, prosesdən yayınmağa çalışmağın onlara heç bir faydası yoxdur.
Prezident İlham Əliyev İrəvana da növbəti dəfə xəbərdarlıq etdi. Bu, xəbərdarlıq həm də Azərbaycanı yerli-yersiz ittiham etmək cəhdi göstərən çevrələrə ünvanlanmışdı. Ermənistan sülh müqaviləsinin beş əsas baza prinsipini qəbul etsədə bunu əməldə təsdiq etmir. Bu isə 10 noyabr Bəyannaməsinin kobud şəkildə pozulması deməkdir. Bu proseslərdən əlavə əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması,sosial məsələlərin həlli, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri,vətəndaşların həyat standartlarının daha da yüksəldilməsi üçün dövlətin atdığı bütün addımlar göz önündədir. Cari ilin ilk altı ayı onu göstərir ki, ölkəmiz dinamik inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr uğurla icra edilərək öz təsdiqini tapır.
Ayşən Qasımova,
YAP-ın gənc fəalı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb