İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimiz üçün əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub və qarşıda görüləcək işlərlə bağlı mühüm qərarlar qəbul olunub. Cənab İlham Əliyevin də müşavirədə qeyd etdiyi kimi bu ilin altı ayında görülən işləri ölkəmizin inkişafı üçün uğurlu hesab etmək olar.Bütün bu uğurlar da Prezident İlham Əliyev düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir.
Keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub.Əlamətdar haldır ki, Azərbaycanın əldə etdiyi uğurlu inkişaf göstəriciləri nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilə qədər uzadılması dediklərimizin əyani sübutudur. Bu, o deməkdir ki,Azərbaycan Qoşulmama Hərəkatına üzv olan 120 ölkə arasında çox böyük nüfuz qazanıb.
Cənab İlham Əliyevin hər zaman vurğuladığı kimi, Azərbaycan bu gün valyuta ehtiyatları, daxili istehsal və ixrac potensialı ilə iqtisadi müstəqilliyini təmin etmiş ölkədir və iqtisadiyyatı üçün əhəmiyyətli olan istənilən iqtisadi layihəni maliyyələşdirmə imkanına malikdir.Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə daha çox özünü göstərəcək.Xüsusəndə Qarabağın işğaldan azad edilmiş rayon və şəhərlərinin əvvəlki həyatının yeni keyfiyyətdə bərpa və inkişaf etdirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.Çünki bu ərazilər Azərbaycanın maddi-mənəvi sərvətlərlə ən zəngin regionlarından biridir. Bu da qeyri-neft sektorunun daha da inkişafı üçün zəmin yaradır.
Cənab İlham Əliyevin müşavirədə toxunduğu mühüm məsələlərdən biri də Ermənistanla sülh müqaviləsinin bağlanması və bölğədə təhlükəsizliyin təmin olunması idi.Hazırda əsas məsələ erməni siyasilərinin verəcəyi qərarlardan asılıdır.Əslində biz həm sülh təklifi ilə, həm də Zəngəzur layihəsi ilə onların Avropa və Asiyaya açılan dar pəncərəsini xeyli genişləndiririk.Bir sözlə, bu gün Ermənistanın iflas və xaosdan qurtuluşu üçün yeni şərait yaranıb. Bu isə Azərbaycanın haqlı şərtlərini qəbul edərək sülh müqaviləsini imzalamaqdan və kapitulyasiya sənədinə sadiqlikdən asılıdır.
Ancaq onlar hələ də “erməni xisləti”ndən əl çəkə bilmirlər. Ermənistan tərəfindən həyata keçirilən hərbi təxribatlar bu ölkənin sülh prosesinə əngəllər yaratmaq niyyətindən başqa bir şey deyil.Ancaq gec və ya tez onlar bizim diktə etdiyimiz şərtlərlə razılaşacaqlar.Çünki növbəti bir müharibə sözün həqiqi mənasında Ermənistanın sonu ola bilər.
Müşavirə zamanı Cənab İlham Əliyev dövlətin sosial siyasəti ilə bağlı vacib məqamlara toxundu.Ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir.Xüsusəndə şəhid ailələri və qazilər həyatlarının hər bir anında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss edirlər. Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsinin nəzərdə tutulub.Qarşıdakı illərdə də bu proses yüksələn xətlə davam edəcək.
İlin ilk altı ayına həsr olunmuş müşavirə bir daha deməyə əsas verir ki,bizi qarşıdakı illərdə də böyük uğurlar gözləyir.Cəmiyyətin bir fərdi olaraq bizlər də bu proseslərin uğurla həyata keçməsi üçün dövlətimizin-onun lideri cənab İlham Əliyevin ətrafında sıx birləşməliyik.İlk növbədə bu bizim vətəndaşlıq borcumuzdur.
Təvəkkül Əliyev,
YAP Şuşa rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb