Gorbagor babaları Andronik kimi qulaqlarının kəsilməsini istəyən serjiklərə, robertlərə xəbərdarlıq: Dəmir yumruq yerindədir və bunu heç kim unutmasın!
Ermənistandakı revanşist qüvvələr sonuncu dəfə təxribat, yalan silahlarından istifadə edirlər. Ermənilərə Qarabağı yenidən işğal edərək İrəvanın nəzarətinə keçirəcəklərini vəd edən sabiq prezidentlər- Robert Koçaryan və Serjik Sarkisyan hakimiyyətə qayıdış şanslarını sınaqdan çıxarmaq üçün revanşist çağırışlardan yararlanmağa çalışırlar. Separatçı rejimin müvəqqəti sakinlərini Xankəndidə gizlənən qanunsuz erməni hərbi birləşmələrinin hücum planları ilə bağlı hazırlıq aparıldığına inandırmağa çalışsalar da ala çatıdan qorxan ilana bənzəyən ermənilər gürzədən də zəhərli robertlərin, serjiklərin yalanlarına inanmırlar. Hələ də fil qulağında yatan Koçaryan elə düşünür ki, erməni xalqı onların hərbi, iqtisadi cinayətlərini, korrupsiyalaşmış Ermənistanda yaratdıqları «bespredel» şəraitini unudublar. Xüsusilə siyasi kampaniyalar zamanı törədilən cinayətlər, keçirilən etiraz aksiyalarında iştirak edənlərə qarşı zorakılıqlar son onilliklərdə baş verən hadisələr kimi hələ də yaddaşlardadır.
Bəzi xüsusi hazırlıq keçmiş muzdlulara arxayınlaşan revanşist sabiqlər Qarabağda yeni müharibə eyforiyasına qapıla bilərlər. Amma bu xəyalpərəstliyin Ermənistan və tam olaraq bütün ermənilər üçün nə ilə nəticələnəcəyini də özləri hamıdan yaxşı bilirlər. İkinci Qarabağ müharibəsindən sonra özlərininki hesab etdikləri, Milli Ordumuzun gücündən qorxaraq işğaldan azad olunan Azərbaycan ərazilərini tərk edən erməniləri şirnikləndirərək onların yenidən Qarabağa qayıtmaları üçün pulsuz nəqliyyat vasitələri təklif edən revanşistlər hələ də xəyal kimi şüurlarında formalaşdırdıqları «qüdrətli ordu mifi»nin təsirindən çıxa bilmirlər. Olub- bitənlərdən, məğlubiyyətlərindən dərs almayan, nə saydıqlarını özləri belə bilməyən robertlər, serjiklər zamanın hökmündən çıxmağın mümkün olmadığını İkinci Qarabağ müharibəsində üzləşdikləri məğlubiyyətləri ilə anlamasalar da təkrar olunan tarix lazım gələrsə dəmir yumruğun hökmünü bir də göstərəcək. Amma qulağı kəsik babaları Andranikin taleyini yaşayan, İkinci Qarabağ müharibəsində toplum kimi, elliklə qulaqsız qalan ermənilərin vədlərə inanıb yenidən müharibə həvəsinə düşmələri inandırıcı deyil. 44 gün davam edən İkinci Qarabağ müharibəsində gorbagor olan, hələ də morqlarda çürüyən leşlərinə sahib çıxmayan ermənilərin bir daha başlarından yekə qələt edib, « qüdrətli orduları»nın qələbəsinə inanmaları köpəyin ulduza baxıb hürməsi misalına bənzəyir. Köpək demişkən, bir məsələni xatırladım. Yoldan ötən bir nəfər ara-sıra hüryən, eyni zamanda quyrğunu bulayan köpəkdən bunun səbəbini soruşur. Köpək deyir ki, qorxutmaq üçün hürürəm, amma özüm də qorxduğum üçün quyruğumu bulayıram. Vətən müharibəsi başlananda Xankəndidə olan, amma Milli Ordumuzun qorxusundan quyruğunu qısaraq Qarabağı tərk edən serjiklərin revanşist çağırışları daldan atılan daşın topuğa dəyməsi məsəlini xatırladır.
Bəllidir ki, bu gün çörəyə möhtac olan Ermənistanın yeni müharibə üçün nə gücü var, nə də əsgərlərində döyüş əhval- ruhiyyəsi. Ümid yerləri olan Rusiyanın köməyinə arxalanmaq variantı da keçərsizdir. Bakı və Ankara ilə əlaqələrini korlamaq fikrində olmayan Moskva Türkiyə və Azərbaycanla münasibətlərini inkişaf etdirməkdə daha maraqlıdır. Əvvəllər səmum yeli kimi mövqeyini dəyişən, işğalçıya sığal çəkən Qərb, Avropa təsisatlarının Ermənistanın baş nazirinə rəğbətlərinin olmadığı keçirilən görüşlərdə Nikol Paşinyana biganə münasibətdən aşkar görünür. Yəni, beynəlxalq aləmdə heç bir nüfuzu olmayan, çıxdaş, ələbaxan « siyasətçi» Nikol, həmişə başqalarının maraqları üçün vasitə kimi istifadə edilən Ermənistan dünya siyasətindən kənarda qalmış, uduzmuş, yararsız miskin oyunçudur. Avropa İttifaqının Azərbaycanla möhkəmlənən münasibətləri ilə müqayisədə Ermənistan sıfırdan da aşağı yerdə qalan, Paşinyanın ən çox sevdiyi nöqtə misallı , varlığı ilə yoxluğu bilinməyən qurumdur. Əlavə olaraq qitə dövlətlərinin enerji təhlükəsizliyinin təminatında əlverişli mənbə olan ölkəmizə artan maraqlar Azərbaycanın siyasi, hərbi, diplomatik mövqelərini möhkəmləndirir. Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı reallıqların Avropa İtifaqı ölkələri tərəfindən dəstəklənməsi, siyasi, iqtisadi, hərbi gücümüzün etirafı, qlobal nəqliyyat və infrastruktur layihələrinin müəllifi və təşəbbüskarı olan respublikamızın Zəngəzur dəhlizinin açılmasında göstərdiyi qətiyyət Ermənistanı siyasi arenanın küncündə saxlayır. Yeri gəldikdə başqalarının öyrətdiklərini tutuquşu kimi təkrarlayır. Bunları nəzərə alaraq cılızlığı hər sahədə hiss olunan Ermənistandan hələ də müharbəyə çağırış səslərinin eşidilməsi gülüncdür.
Amerikada yaşayan erməni əsilli kapitalist, poker oyunçusu və aktyoru Den Bilzeryanın «Biz Azərbaycanı tamamilə məhv edəcəyik və yer üzündən siləcəyik » sərsəmləməsi dəliliyin pik nöqtəsinə çatmasından başqa bir şey deyildir. Erməni lobbisinin baş personajı katolikos II Qaregin, Ümumerməni Xeyriyyə İttifaqının sədri Perç Sedrakyan, Rusiya Erməni İttifaqının sədri, milyarder biznesmen Ara Abramyan, Ermənilərə Yardım Fondunun prezidenti Daniel Fındikyan və digərləri də bilməlidirlər ki, bu xına o xınadan deyil. İllərdən bəri separatçı rejimə milyonlar ayıran lobbiçi «yanlar»ın artıq Ermənistana yardım göstərməkdən imtina etmələri vəziyyəti daha da gərginləşdirir. Çünki illərdən bəri «qüdrətli ordunun yaradılması» adı ilə ayrılan ianələr sabiq prezidentlər Robert Koçaryanın və Serjik Sarkisyanın «çiçəklənən» şəxsi biznesləri üçün xərclənib. Onların davamçıları olan Nikol Paşinyanın da eyni məqsəd naminə özünün gələcəyi üçün ehtiyat yaratmasına etiraz edən aksiya iştirakçıları müharibə deyil, sosial vəziyyətlərinin yaxşılaşdırılmasını istəyirlər.
Hələ də İkinci Qarabağ müharibəsində itkin düşən övladlarının tapılmasını tələb edən erməni anaları Nikolun həyat yoldaşı Anna Akopyanın «bədxərcliyindən», övladlarının xarici ölkələrə davamlı səfərlərindən, ən son geyim dəblərinə aludəçiliklərindən cana doyublar. İnsanları müharibəyə təhrik edən sabiq prezidentlərin məqsədi yenidən kreslolarına sahiblənmək, xərclədiklərinin yerini doldurmaqdır. «Amma bəlkə də qaytardılar» xəyalı çox-çox arxada qalıb.
Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaltdıqdan sonra çıxışı zamanı müharibə başlananda baş çəkdiyi Xankəndini qorxusundan təcili tərk edən tülkü xislətli serjiklərin məkrlərindən bəhs edən Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, İkinci Qarabağ müharibəsində uduzan tərəf erməniləri «möhkəm»”, «güclü ordu» qurmaq adı ilə aldadıb milyonları mənimsəyən Serjik Sarkisyan və onun kimiləridir: «Bu ordunu yaradan Serjikdir. Serjik Ermənistanda müdafiə naziri olub. Serjik Ermənistanda baş nazir olub. Prezident Administrasiyasının rəhbəri olub, Təhlükəsizlik Nazirliyinin rəhbəri olub. Prezident olub 10 il ərzində. Bu ordunu yaradan Serjik deyil, kimdir? Biz o ordunu məhv etməklə Serjiki və onun kimi ünsürləri məhv etdik…Bu gün mən buradayam, Ali Baş Komandan kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəyəm. Serjikin kişiliyi çatırsa, gəlsin bura.»
Yeni müharibə çağırışı ilə erməniləri növbəti dəfə aldatmağa cəhd edən robertlər, serjiklər əgər gücləri çatırsa gəlsinlər Azərbaycanın dədə-baba yurdu Qarabağa. Bu dəfə onlara qulaqburması verilməyəcək. Qulaqları dibindən kəsilib köpəklərə atılacaq. Onları qarşılayan Hadrutda, Kəlbəcərdə yeni yaradılan komando hərbi hissələri olacaq.
Xuraman İsmayılqızı, «İki sahil»
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb