Azərbaycan Kommunist Partiyası MK-nın 14 iyul 1969-cu il tarixli plenumu yekdilliklə verilən qərarından sonra Ümummilli Lider Heydər Əliyevin çıxışı:
“Bu vəzifəyə keçməklə mən üzərimə düşən məsuliyyəti dərk edirəm, qarşımda duran vəzifələrin mürəkkəbliyini və çətinliyini başa düşərək əmin etmək istəyirəm ki, bu böyük və yüksək etimadı doğrultmaq üçün əlimdən gələn bütün imkanlarımdan istifadə edəcəyəm. Bununla mən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin bütün tərkibinə, MK-nın büro üzvlərinə, Respublikamızın bütün rəhbər partiya, sovet və təsərrüfat işçilərinin köməkliyinə və müdafiəsinə arxalanıram və ümid edirəm. Hesab edirəm ki, birgə səmimi fəal işimiz bizim gələcək müvəffəqiyyətlərimizin rəhni olacaqdır”
Həqiqətən də Ulu Öndərin Azərbaycanda rəhbər kimi fəaliyyətə başladığı tarixdə Azərbaycanın iqtisadi vəziyyəti acınacaqlı idi. Təbii ki, Vəli Axundovun səhəti ilə əlaqədar istefaya gedib, AMEA-nın vitse-prezidenti seçilməsi sadəcə dotasiyadan asılı duruma düşən Azərbaycanın vəziyyəti yaxşılaşdırmaq üçün nicat yolu Heydər Əliyevdə idi.
Ulu Öndər Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi seçilən vaxt Azərbaycanın iqtisadiyyatı dərin iqtisadi böhran mərhələsinə qədəm qoymuşdu. Ümumilikdə son 10 ildə iqtisadiyyatın inkişafında mənfi meyllər müşahidə olunurdu.
Bir sıra müvafiq obyektiv və subyektiv səbəblərə görə Azərbaycanın sosial-iqtisadi inkişafdan geridə qalması artıq nəzərə çarpacaq dərəcədə müşahidə edilir. Bir çox sahələrdə - milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə görə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinə görə, ictimai əməyin məhsuldarlığına görə, ümumittifaqın orta göstəricilərindən geriləmə müşahidə edilirdi. Azərbaycan SSR milli gəlirin həcminə görə ümumittifaq səviyyəsindən 2 dəfə, əsas fondlara görə 1,8 kapital qoyuluşu üzrə 1,7 dəfə geri qalırdı.
Neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesində işlərin fasiləsiz aparılması pozulur, bir çox sahələrin texniki-iqtisadi göstəriciləri aşağı düşürdü. Kənd təsərrüfatının istehsal səviyyəsi aşağı düşməkdə davam edirdi.
Meliorasiya və dəmyə torpaqların suvarılmasında, kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsində nöqsanlar var idi. Kənd təsərrüfatında taxılın, pambığın, tərəvəzin, üzümün, çay yarpağının və başqa bitkilərin məhsuldarlığı aşağı səviyyədə idi.
Bunları qeyd etməkdə məqsədim odur ki, Ümummilli lider hər iki halda yəni 1969 və 1993-cü ildə hakimiyyətə dəvət olunanda Azərbaycanda vəziyyət ürək açan deyildi və Ulu Öndərin hakimiyyətə gəlməsini şərtləndirirdi. Və hər iki dövrdə Ümummilli Lider qısa müddətə Azərbaycanın hər tərəf inkişafını və sabitliyi təmin etdi. iqtisadi inkişaf və anti-korrupsiyaya qarşı apardığı mübarizə çərçivəsində ümumi Soviet məkanında lider dövlətlərindən birinə çevirdi. Azərbaycanda 1975-ci ildə o dövr üçün innovativ sayılan kondisoner zavodunun tikilməsinə və 60 dan çox ölkəyə kondisoner ixracını təmin edirdi. Minlərlə gənc Ulu Öndərin hakimiyyəti dövründə SSRİ-nin aparıcı universitetlərində təhsil almaq imkanı qazandı.
Azər Süleymanov,
YAP Nəsimi rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb