13 iyul 2022 15:53
784

Sterlinq "Mançester Siti" ilə vidalaşdı

"Mançester Siti"nin futbolçusu Rahim Sterlinq klubla vidalaşıb.

“İki sahil” xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bu haqda öz Tvitter hesabında paylaşım edib. O, "şəhərlilər"dən ayrıldığını bildirib: “Mən buraya 20 yaşımda gəlmişəm. Bu gün mən bir ailədən ayrılıram.

Sterlinq karyerasını "Çelsi"də davam etdirəcək. Londonlular bu transferə görə 47,5 milyon funt sterlinq ödəyəcəklər.

Qeyd edək ki, Sterlinq 2015-ci ildə"Liverpul"dan "Siti"yə keçmişdi.