Azərbaycanın çimərlik voleybolu üzrə milli komandaları sentyabrda keçiriləcək müxtəlif yaş qrupları üzrə Avropa çempionatlarında iştirak edəcəklər.
İlk olaraq U-20 milli komandalarımız 3-6 sentyabr tarixlərində İtaliyanın Battipaglia şəhərində təşkil olunacaq Avropa çempionatında mübarizə aparacaqlar. Yarışda ölkəmizi oğlanlar arasında İbrahim Məmmədov/Muhamməd Aslanlı, qızlar arasında isə Səbinə Əlizadə/Leyla Əliyeva cütləri təmsil edəcək.
Daha sonra U-22 milli komandalarımız 10-13 sentyabr tarixlərində İspaniyanın Madrid şəhərində baş tutacaq Avropa çempionatında iştirak edəcəklər. Bu yaş qrupunda Azərbaycanı oğlanlar arasında İbrahim Məmmədov/Muhamməd Aslanlı, qızlar arasında isə Səbinə Əlizadə/Leyla Əliyeva cütləri təmsil edəcək.
U-18 milli komandalarımız isə 17-20 sentyabr tarixlərində Türkiyənin İzmir şəhərində keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. Bu yarışda oğlanlar arasında Emil Safronov/Tamerlan Tağıyev, qızlar arasında isə Dilarə Ağayeva/Leyla Əliyeva cütü ölkəmizi təmsil edəcək.
Milli komandalarımıza Avropa çempionatlarında uğurlar arzulayırıq!