Məşhur futbolçu Karlos Bakkanın yeni klubu müəyyələşib.
“İki sahil” xəbər verir ki, kolumbiyalı forvard karyerasını vətənindəki "Junior" komandasında davam etdirəcək. 35 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Bakka məhz "Junior"un yetirməsidir. O, 2007-2011-ci illərdə bu komandada oynayıb.
Qeyd edək ki, Bakka karyerası ərzində "Brügge", "Milan", "Vilyarreal", "Sevilya" kimi klubların formasını geyinib. Onun son klubu "Qranada" olub.