12 iyul 2022 22:21
946

"Lex"in baş məşqçisi: "Qarabağ" bu gün əla oynadı və bizi keyfiyyət baxımından üstələdi

"Öncə "Qarabağ"ı qələbə münasibətilə təbrik edir, növbəti mərhələdə onlara uğurlar arzulayıram".

“İki sahil” xəbər verir ki,  bunu Polşa "Lex"inin baş məşqçisi Con van den Brom Bakıda "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

56 yaşlı mütəxəssis bildirib ki, mərhələni onun başçılıq etdiyi komanda da adlaya bilərdi: "Bunun üçün əsasımız da var idi. Amma oyun uğursuz alındı. Çoxlu səhvə yol verdik. Təəssüf ki, hakim səhvləri də oldu. Yan xətt hakimləri azı 3 epizodda oyundankənar vəziyyət qeydə almadı. Amma bu, bəhanə olmamalıdır. "Qarabağ" bu gün əla oynadı və bizi keyfiyyət baxımından üstələdi".