12 iyul 2022 22:32
2001

Bu, "Qarabağ"ın gücüdür - Kadi Borges

"Belə matçdan sonra nə demək olar? Bu, "Qarabağ"ın gücüdür. Evdə necə rahat olduğumuzu göstərdik".

“İki sahil” xəbər verir ki,  bunu "Qarabağ"ın futbolçusu Kadi Borges Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

26 yaşlı yarımmüdafiəçi hər matçın fərqli olduğunu bildirib: "Bəzən oyunumuz alınmaya bilər. Əsas odur ki, başımızı dik tutaq".

Borges II təsnifat mərhələsindəki rəqibləri İsveçrə “Sürix”inin də çətin komanda olduğunu sözlərinə əlavə edib.