12 iyul 2022 22:07
829

Baş məşqçinin bütün tapşırıqlarını layiqincə yerinə yetirdik - Ozobiç

"Hər iki oyunda yaxşı komanda olduğumuzu göstərdik. Növbəti mərhələyə yüksəlməyi haqq edirdik".

“İki sahil” xəbər verir ki,  bunu "Qarabağ"ın futbolçusu Filip Ozobiç Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan "CBC Sport"a açıqlamasında sonra deyib.

Təcrübəli yarımmüdafiəçi oyunun məsuliyyətini dərk etdiklərini bildirib: "Baş məşqçinin bütün tapşırıqlarını layiqincə yerinə yetirdik".