Ağdam klubu II təsnifat mərhələsində İsveçrə klubu “Sürix”lə qarşılaşacaq
Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” mövsümdə ikinci matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri Polşa çempionu “Lex”i qəbul edib. Ötən həftə Poznanda rəqibinə 0:1 hesabı ilə məğlub olan ağdamlılar Tofiq Bəhramov adına Respublika Stadionunda bunun revanşını artıqlaması ilə çıxıb.
Düzdür, görüşə qonaqlar qolla başlayıb. Buna baxmayaraq, erkən toparlanan “Qarabağ” birinci hissədə ümumi hesabı bərabərləşdirib, fasilədən sonra isə daha 3 dəfə fərqlənərək, böyükhesablı qələbə qazanıb. Bununla Azərbaycan çempionu darmadağınla növbəti mərhələyə adlayıb.
Ağdam klubu II təsnifat mərhələsində İsveçrə klubu “Sürix”lə qarşılaşacaq. “Lex” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
12 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Lex” (Polşa) - 5:1
Qollar: Kadi Borqes, 14, 74, Filip Ozobiç, 42, Kevin Medina, 56, Abbas Hüseynov, 77 - Kristoffer Velde, 1
Baş hakim: Endryu Medli (İngiltərə)