UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Lex” oyununda Ağdam təmsilçisi fasiləyə üstün yollanıb.
“İki sahil” xəbər verir ki, matçda hesabı Polşa təmsilçisi açıb. Qarşılaşmanın 1-ci dəqiqəsində Kristoffer Velde fərqlənib. Oyunun 14-cü dəqiqəsində “Qarabağ”ın oyunçusu Kadi Borges hesabı bərabərləşdirib. Qarşılaşmanın 42-ci dəqiqəsində “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç baxımlı qola imza atıb və komandasını hesabda önə keçirib.
Görüşün birinci hissəsi “Qarabağ”ın üstünlüyü ilə başa çatıb – 2:1.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı ingiltərəli baş hakim Endryu Medli idarə edir.