76-cı dəqiqədə hesab 5:1 olur. Abbas Hüseynov fərqlənir.

***
72-ci dəqiqədə Kadi Borges "Qarabağ"ın 4-cü qolunu vurur - 4:1
***
56-cı dəqiqədə İbrahima Vadji "Qarabağ"ın üçüncü qolunu vurur - 3:1.

***
İkinci hissə başladı.
***
42-ci dəqiqədə "Qarabağ" hesabda önə keçir - 2:1. Filip Ozobiç fərqlənir.
***
14-cü dəqiqədə Kadi Borges hesabı bərabərləşdirir - 1:1
***
Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda erkən qol vurulub.
Qonaqlar 20-ci saniyədə hesabı açıblar. Poznan təmsilçisindən Kristoffer Velde fərqlənib.
***

Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” birinci təsnifat mərhələsində cavab matçına çıxır.
“İki sahil” xəbər verir ki, Ağdam təmsilçisi ilk görüşdə Polşada 0:1 hesabı ilə uduzduğu “Lex”i qəbul edir.
Oyun saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanıb. Görüşü ingiltərəli FIFA referisi Endryu Medli idarə edir.
Cütün qalibi ÇL-in ikinci təsnifat mərhələsində İsveçrə çempionu “Sürix”lə qarşılaşacaq. Cütün məğlubu isə avrokuboklarda mübarizəni başa vurmayacaq və Konfrans Liqasında yarışacaq. Burada “Qarabağ” və ya “Lex” KL-in 2-ci təsnifat mərhələsində oynayacaq. Rəqib isə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu olacaq. Bu komandaların Slovakiyadakı ilk oyunu heç-heçə yekunlaşıb - 0:0.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi
Cavab oyunu
20:00. “Qarabağ” - “Lex”
Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 0:1