12 iyul 2022 08:49
783

Romeo Bekhem məşhur atasının üslubunda baxımlı qol vurub

İngiltərə millisi və “Mançester Yunayted”in keçmiş futbolçusu Devid Bekhemin oğlu Romeo Bekhem məşhur atasının üslubunda baxımlı qol vurub.

“İki sahil” xəbər verir ki, o, atasına məxsus “İnter” (Mayami) klubunun ikinci komandasının “Orlando City”nin ehtiyat oyunçularına qarşı matçında fərqlənib.
19 yaşlı futbolçunun 25 metrdən vurduğu cərimə zərbəsi onun mövsümdəki debüt qolu olub.
Matç “İnter”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.