"Yuventus"un yeni transferi Pol Poqba A seriyası təmsilçisinə keçidi barədə fikirlərini bölüşüb.
“İki sahil” xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi yenidən Turin təmsilçisində çıxış edəcəyi üçün xoşbəxt olduğunu bildirib: "Gördüyünüz kimi, mən qayıtdım və çox xoşbəxtəm. Mövsümün başlamasını səbirsizliklə gözləyirəm, yenidən sizinlə kuboklar qazanmaq istəyirəm. Tezliklə biz də meydana çıxacağıq - sizinlə birlikdə”.
Qeyd edək ki, Poqba daha əvvəl 2012-2016-cı illərdə Turin klubunda oynayıb. O, “Yuventus”la 4 dəfə İtaliya çempionu olub, 2 dəfə İtaliya kubokunu, 3 dəfə İtaliya Superkubokunu qazanıb.