"Burada olmaqdan məmnunam. Hava şəraitinin problem yaradacağını düşünmürəm".
“İki sahil” xəbər verir ki, bunu Polşa "Lex"inin baş məşqçisi Con van den Brom Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk oyunda "Qarabağ" rəqibinə minimal hesabla uduzub - 0:1.