"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində "Sivasspor"la keçirdikləri yoxlama matçı (0:1) barədə fikirlərini bölüşüb.
“İki sahil” xəbər verir ki, 46 yaşlı mütəxəssis klubun televiziyasına açıqlamasında deyib: "Nəticə məni qane etməsə də, oyundan razı qaldım. Çünki bu gün çoxlu epizodları sağa-sola xərclədik. Son həftədə çox ağır məşqlər keçirmişik. Hər oyunda həm A sistemi, həm də B sistemi olur. Hər iki sistemə hazır olmalıyıq. Yoldaşlıq görüşlərində təzyiq olmadığı üçün bütün səhvləri görə bilirik. O qədər də oyun stresi olmur".
Qeyd edək ki, "Neftçi" Boludakı ilk yoxlama matçında Türkiyə "Sakaryaspor"u ilə 1:1 hesablı heç-heçə edib. "Ağ-qaralar" hazırlıq prosesində daha bir matç keçirməyi planlaşdırır.