11 iyul 2022 18:22
669

"Barselona" Pyaniçdən qurtulmağa tələsir

"Barselona" futbolçusu Miralem Pyaniçlə yollarını ayırmağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə AS məlumat yayıb. Kataloniya klubu tez bir zamanda 32 yaşlı yarımmüdafiəçidən qurtulmaq istəyir. "Barselona" onu mövsümöncəsi ABŞ turuna aparmağı da düşünmür.

Qeyd edək ki, Pyaniç ötən mövsümü icarə əsasında "Beşiktaş"da keçirib. Onun "Barselona" ilə müqaviləsi 2024-cü ilin iyununa qədərdir.