11 iyul 2022 17:00
690

Sezar Meza Kolli zədələndi

"Neftçi"nin futbolçusu Sezar Meza Kolli zədələnib. 

"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı zamanı sıradan çıxıb. Onun dizində problem aşkarlanıb. Paraqvaylı oyunçu əməliyyat olunacaq. Buna görə də Meza Kolli ölkəsinə yola düşüb.

Onun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı, Konfrans Liqasında təsnifat mərhələlərinin bəzi oyunlarını buraxa biləcəyi bildirilir.

Qeyd edək ki, "Neftçi" iyulun 21-i Konfrans Liqasının 2-ci təsnifat mərhələsində səfərdə "Aris"lə (Kipr) ilk matçına çıxacaq. Komandalar arasında cavab oyunu iyulun 28-də Bakıda olacaq.