Yunanıstanın Katerini şəhərində baş tutan çimərlik güləşi üzrə Avropa çempionatında Azərbaycan yığma komandasını təmsil edən Masallı elinin pəhləvan oğlu Zəfər Əliyev rəqiblərinin kürəyini bir-bir yerə vuraraq yarışın qalıbi olubdur. Bayrağımızı ən yüksək zirvəyə qaldıran Zəfər bu çempionatda 90 kiloqram çəki dərəcəsində mübarizə aparıbdır.
Zəfər Əliyev Masallı Gənclər İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-in idmançısıdır. Həmin məktəbin sərbəst güləş üzrə baş məşqçisi Təhmasib İsayevin rəhbərliyi altında çalışır. O, xalqını, Vətənini ürəkdən sevir, əldə etdiyi idman uğurlarına da məhz onların şərəfinə nail olur.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü