11 iyul 2022 14:28
776

İdman hamı üçün

Azərbaycan Gənclər və İdman Nazirliyin  “İdman hamı üçün” layihəsi çərçivəsində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində Lənkəran şəhərinin Heydər Əliyev adına xatirə parkının ərazisində “Sağlam həyat və sağlam ailə günü” adlı tədbir baş tutdu.

Bu kütləvi idman tədbirin təşkilində  əsas məqsəd əhali, eləcə də uşaq və gənclər arasında idmana marağın artırılması və sağlam həyat tərzinin təbliğ olmasıdır. 

Tədbir musiqi sədaları altında başlandı. Yarış iştirakçıları   ağır atletika, boks,  futbol, voleybol, badminton, baş üstündən uzağa top atma, yerindən uzunluğa tullanma,  maneələrin topla keçilməsi, kəndir dartma, digər   idman növlərində və əyləncəli  oyunlarda öz qüvvələrini  yoxladılar.  Peşəkar idmançılarla yanaşı, rayon sakinləri və ailələr  də yarışanlar arasında idilər.   Belə ki, müxtəlif yaş qruplardan olan 100-dən çox rayon sakini “Sağlam həyat və sağlam ailə günü” adlı tədbirə qoşulmuşdu.

 Yarışın sonunda  fərqlənən iştirakçılara xüsusi sertifikatlar verildi.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü