11 iyul 2022 13:31
825

PSJ onu satır

PSJ futbolçusu Leandro Paradesi satmaq qərarına gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. Pparis təmsilçisi 28 yaşlı yarımmüdafiəçi üçün 35 milyon avro tələb edir.

Paradesi heyətinə qatmaq istəyən klublardan biri də "Mançester Yunayted" idi. Lakin London təmsilçisi oyunçunu daha az məbləğə transfer etməyi nəzərdə tutduğu üçün danışıqlardan geri çəkilib.

Qeyd edək ki, Paradesin PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, geridə qalan mövsüm Liqa 1-də 15 matçda 1 qol vurub.