11 iyul 2022 04:04
916

Azərbaycanlı döyüşçü: Qetji, qorxmursansa, hazırlaş!

Dünən keçirilən "UFC Vegas 58" turnirində sabiq çempion Rafael dos Anyosu nokautla üstələyən Rafael Fiziyev qarşılaşmadan sonra baş tutan mətbuat konfransında üz-üzə gəlmək istədiyi növbəti rəqibin adını açıqlayıb.

Yüngül çəkidə (70 kiloqrama qədər) UFC reytinqində 10-cu olan azərbaycanlı idmançı Castin Qetjini döyüşə səsləyib:

"Siz hamınız bilirsiniz ki, mən Qetji ilə qarşılaşmaq istəyirəm. Qetji, sən sarı saçlı oğlanla (Oliveyranı nəzərdə tutub - red.)  bir daha döyüşmək fikrinə düşsən, biz münasibətlərimizi mütləq aydınlaşdırmalıyıq. Əla matç olar. Kimin güclü olduğunu müəyyənləşdirərik. Mənimlə üz-üzə gəlməyə hazırsansa, bu mübarizədən qorxmursansa, boş-boş danışma, döyüşə hazırlaş!"

Fanat.Az