10 iyul 2022 20:29
950

Hidayət Heydərov: Qızıl medal qazanacağıma əmin idim

“Euronews” xəbər kanalı Macarıstanda keçirilən Böyük Dəbilqə turniri haqqında verdiyi süjetdə qalib cüdoçumuz Hidayət Heydərova da yer ayırıb.

“İki sahil”in məlumatına görə, süjetdə bildirilir ki, -73 kq çəki dərəcəsində yarışan Heydərov dünya çempionu olan gürcüstanlı Laşa Şavdatuaşvilini “golden score” bölümündə geridə qoyub.

Cüdoçumuz müsahibəsində bildirib ki, o çox inamlı, eyni zamanda karyerasında çox önəmli mərhələ olan final üçün həyəcanlı idi: “Bu səhər oyananda özümü gümrah hiss edirdim və finalda olacağımı bilirdim. Finala çıxanda isə artıq əmin idim ki, qələbəni heç vaxt rəqibimə verməyəcəm buna görə də qızıl medal qazanacağıma əmin idim”.