"Ferrari" komandasının monakolu pilotu Şarl Lekler "Formula-1" üzrə Avstriya Qran-Prisinin qalibi olub.
“İki sahil” xəbər verir ki, Qran Prini ikinci yerdə "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen, üçüncü yerdə isə "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton başa vurub.
Qeyd edək ki, "Formula 1"in növbəti mərhələsi 22-24 iyulda Fransada keçiriləcək.