Futbol üzrə İspaniya millisinin sabiq qapıçısı Pepe Reyna ölkəsinə qayıdıb.
"İki sahil" xəbər verir ki, 40 yaşlı qolkiper sabiq komandası “Vilyarreal”la anlaşıb.
“Latsio”dan ayrılaraq azad agent statusu alan Reyna 2002-2005-ci illərdə formasını geyindiyi “Vilyarreal”la birillik müqavilə imzalayıb. Onun yeni komandasında təqdimat mərasimi iyulun 11-nə planlaşdırılıb.
Qeyd edək ki, Pepe Reyna 2003-cü və 2004-cü illərdə “Vilyarreal”la İntertoto kubokunu qazanıb.