10 iyul 2022 10:21
715

“Qarabağ”ın rəqibi Bakıya məğlub gəlir

Futbol üzrə Polşa Super kuboku yarışının qalibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki,  həlledici oyunda son ölkə çempionu “Lex”lə Polşa kubokunun qalibi olan “Rakuv” üz-üzə gəlib.

“Rakuv” bu oyunda rəqibini 2 cavabsız qolla məğlub edərək Super kubok yarışının qalibi olub.

“Lex” UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Azərbaycan çempionu Ağdamın “Qarabağ” klubunun rəqibidir.

Komandalar arasında Polşada keçirilən ilk oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər. Cavab qarşılaşması isə iyulun 12-də Bakıda keçiriləcək.