10 iyul 2022 08:12
776

“Qalatasaray” klubu portuqaliya futbolçu Serxio Oliveyranı heyətinə qatıb

Türkiyənin "Qalatasaray" futbol klubu portuqaliyalı yarımmüdafiəçi Serjiu Oliveyra ilə 4 illik müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti bildirib.

"Porto"ya transferi üçün 3 milyon avro ödəniləcək.

Serjiu Oliveyra hər mövsüm üçün "Qalatasaray"dan 2 milyon 750 min avro alacaq.