10 iyul 2022 02:44
801

Klopp: Salahın "Liverpul"da qalmasına görə xoşbəxtəm

"Liverpul"un baş məşqçisi Yürgen Klopp ulduz futbolçu Məhəmməd Salahın müqaviləni yeniləməsinə münasibət bildirib.

"İki sahil" xəbər verir ki, bu barədə almaniyalı mütəxəssis klubun rəsmi saytına danışıb.

Klopp Salahın "Liverpul"da qalmasına görə xoşbəxt olduğunu bildirib: 

"Bilirdim ki, bu, baş tutacaq. Əmindim ki, Salah "Liverpul"da qalmaq istəyir. İndi o, çox xoşbəxtdir. Biz də çox xoşbəxtik. Çünki Salah dünya səviyyəli oyunçudur".