09 iyul 2022 23:23
749

"Zenit" Rusiya Super Kubokunu qazandı

"Zenit" və "Spartak" komandaları Rusiya Super Kuboku uğrunda görüşdə üz-üzə gəlib.

“İki sahil” xəbər verir ki, Sankt-Peterburqdakı "Qazprom Arena"da keçirilmiş qarşılaşma yerli kollektivin qələbəsi ilə yekunlaşıb - 4:0.

Hesabı 29-cu dəqiqədə İvan Sergeyev açıb. Bundan 5 dəqiqə sonra Makom, 46-cı dəqiqədə Vendel, uzatma dəqiqələrində isə Mateo Kassyerra fərqlənib.

Bununla da hazırda Sergey Semakın rəhbərlik etdiyi komanda tarixində 8-ci dəfə Superkubok əldə edib.

Qeyd edək ki, "Zenit" 2021/2022 mövsümündə Rusiya çempionu, "Spartak" isə ölkə kubokunun qalibi adını qazanıb.

"Zenit" 4-0 "Spartak" (Moskva)

Qollar: Sergeyev, 29, Malkom, 34, Vendel, 46, Kasserra, 90+3