09 iyul 2022 16:18
778

Renat Dadaşov İsveçrə klubuna keçib

Azərbaycan millisinin və İngiltərə "Vulverhempton"unun futbolçusu Renat Dadaşov İsveçrənin "Qrasshopper" komandasına keçib.

"İki sahil" xəbər verir ki, 23 yaşlı hücumçu Sürix təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Renat Dadaşov 2020-ci ildə də icarə əsasında "Qrasshopper"də çıxış edib.