"Real"ın yay transfer büdcəsi 400 milyon avronu keçəcək.
“İki sahil” xəbər verir ki, Madrid klubu Çempionlar Liqasının qalibi kimi əldə etdiyi gəlirlər, həmçinin yüksək məbləğdə maaş alan Qaret Beyl, İsko və Marselonun gedişi hesabına buna nail olacaq.
O da bildirilir ki, Madrid klubunun Çempionlar Liqasındakı ümumi gəliri 160 milyon avro olub.
Qeyd olunur ki, "Real"ın Xesus Valyexo, Marko Asensio, Daniel Seballos, Luka Yoviç və Mariano Diazla da yolları ayıracağı gözlənilir ki, bu da klubun büdcəsinə müsbət təsir edəcək.
Beləliklə, Madrid klubu yayda 408 milyon avro transfer büdcəsinə arxalana bilər.
U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının vaxtı müəyyənləşib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA YEKUN VURULUB