Balakən və Qax Uşaq-Gənclər İdman-Şahmat məktəblərinin (UGİŞM) tərəfdaşlığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bu rayonların şahmatçıları arasında yoldaşlıq görüşü keçirilib. Balakən rayon Humanitar və texniki təmayüllü liseydə təşkil olunan yarışda məktəblərin məsul nümayəndələri, məşqçi-müəllimlər və valideynlər iştirak ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Yarışın açılışında Balakən UGİŞM-nin direktoru Vasif Qomurov və Qax UGİŞM-nin nümayəndəsi Zərnigar Abdullayeva çıxış edərək, uşaq və yeniyetmə şahmatçıların ustalıqlarının artırılmasında, məktəblər arasında əlaqələrin genişlənməsində belə dostluq görüşlərinin əhəmiyyətini vurğulayıb, şahmatçıları qarşıdan gələn əlamətdar gün münasibətilə təbrik edib, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Hər iki məktəbi təmsil edən 86 şahmatçının mübarizə apardığı yoldaşlıq görüşünün sonunda fərqlənən şahmatçılara Balakən UGİŞM-nin diplom və fəxri fərmanları təqdim edilib.
U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının vaxtı müəyyənləşib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA YEKUN VURULUB