Andrea Pirlo Türkiyə klubunu çalışdıra bilər.
“İki sahil” xəbər verir ki, “Fatih Karagümrük” “Yuventus”un sabiq çalışdırıcısının xidmətində maraqlıdır.
Hazırda tərəflər arasında danışıqlar aparılır.
Qeyd edək ki, Pirlo bir mövsüm “Yuventus”u çalışdırıb. Onun rəhbərliyi altında komanda A seriyasında 4-cü yeri tutmaqla yanaşı, İtaliya kubokunu və Superkubokunu da qazanıb.
“Fatih Karagümrük”ə gəlincə, klub Türkiyə çempionatının son mövsümünü 57 xalla 8-ci pillədə başa vurub.
U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının vaxtı müəyyənləşib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA YEKUN VURULUB