04 iyun 2022 22:45
922

"PSJ"ni Joze Mourinyo çalışdıracaq?

Fransanın "PSJ" klubu hazırda İtaliyanın "Roma" komandasının baş məşqçisi Joze Mourinyonu ilə maraqlanır.

"İki sahil" "The Telegraph"a istinadən xəbər verir ki, PSJ rəhbərliyi 59 yaşlı portuqaliyalı mütəxəssisin kluba rəhbərlik edə biləcəyini hesab edib. Onlar Mourinyonu parislilərin tezliklə işdən çıxarmağı planlaşdırdığı Maurisio Poçettinoya əvəzləyici kimi baxırlar.

Xatırladaq ki, mayın 25-də “Roma” Mourinyonun rəhbərliyi altında Konfrans Kubokunun qalibi olub. Bununlada o, dörd fərqli komanda ilə Avropa yarışlarında qalib olan ilk baş məşqçi olub.