04 iyun 2022 22:09
891

Millimiz AÇ-nin seçmə mərhələsinin yarım finalına vəsiqə qazanıb

3x3 basketbol üzrə kişilərdən ibarət milli komandamız Kiprin Limasol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində qrup oyunlarını keçirib.

"İki sahil" xəbər verir ki, B qrupunda qərarlaşan millimizin rəqibləri Kipr, Lüksemburq və Andorra komandaları olub.

İlk görüşdə Kipr basketbolçuları ilə qarşılaşan yığmamız rəqibinə 19-11 hesabı ilə qalib gəlib.

İkinci qarşılaşmada komandamız Lüksemburq yığması ilə qarşılaşıb və oyundan 16-10 hesablı qalibiyyətlə ayrılıb. Qrupun sonuncu oyununda millimiz Andorra basketbolçuları ilə görüşüb və rəqibinə 21-13 hesabı ilə qalib gəlib.

Qrupu ilk pillədə tamamlayan milli komandamız turnirin yarım final mərhələsinə vəsiqə qazanıb.