04 iyun 2022 20:20
1342

Səlahət Ağayev “Qəbələ”də

Transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib. Daha əvvəl İlkin Qırtımovu sıralarına cəlb edən “Qəbələ” Azərbaycan millisinin qapıçısı Səlahət Ağayevin keçidini rəsmiləşdirib.

"İki sahil" kluba istinadla xəbər verir ki, 31 yaşlı qolkiperlə birillik müqavilə imzalanıb.

Son klubu “Sabah” olan S.Ağayev 2021-2022-ci il mövsümünü paytaxt təmsilçisində keçirib. Qapıçı bunadək Premyer Liqada “İnter”, MOİK, “Sumqayıt” və “Neftçi”nin formasını geyinib. 2010-cu ildə Azərbaycan millisinin heyətində debüt edən qapıçı yığmada 21 oyun keçirib.