23 may 2022 18:10
720

"Qəbələ"dən ilk transfer

"Qəbələ" bu yay üçün ilk transferini reallaşdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Qəbələ" İlkin Qırtımovu heyətinə qatıb. 32 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Son klubu “Şamaxı” olan Qırtımov 2015 - 2018 və 2019 - 2022-ci illərdə bu komandada çıxış edib. O, Premyer Liqada “Simurq” (2009-2015), “Neftçi” (2018) və “Zirə”nin (2018-2019) də formasını geyinib.

Qeyd edək ki, İlkin Qırtımov Azərbaycan millisində də çıxış edib. Yığmada 2014-cü ildə debüt edən müdafiəçi 5 matç keçirib.