04 sentyabr 2026 20:13
90

“Qəbələ” qələbə qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.

“İki sahil” xəbər verir ki, turun açılış matçı Qəbələdə olub. Şəhərin eyniadlı təmsilçisi “İmişli”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Bu nəticədən sonra “qırmızı-qaralar" 4 xalla altıncı, eyni xala malik “İmişli” isə yeddinci pillədədir. Günün digər qarşılaşmasında isə “Kəpəz” Gəncə şəhər stadionunda “Şamaxı”nı sınağa çəkəcək. Görüşə saat 20:15-də start veriləcək.

Turun digər oyunları sentyabrın 5-6-da keçiriləcək.