İtaliyanın Battipaglia şəhərində çimərlik voleybolu üzrə U-20 Avropa çempionatı davam edir.
“İki sahil” xəbər verir ki, yarışda Azərbaycanın oğlanlardan ibarət komandası bu gün iki oyun keçirib.
İbrahim Məmmədov/Muhamməd Aslanlı cütlüyü əvvəlcə son dünya çempionu Norveç təmsilçiləri ilə qarşılaşıb. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb – 19:21, 21:14, 15:9. Azərbaycan komandası daha sonra İngiltərə təmsilçiləri ilə üz-üzə gəlib. Qarşılaşmada rəqib 2:0 hesabı ilə qalib gəlib – 21:14, 21:18. Məğlubiyyətlərə baxmayaraq, İbrahim Məmmədov/Muhamməd Aslanlı cütlüyü 24-lüyə düşərək növbəti mərhələyə vəsiqə qazanıb.
Azərbaycan komandası sabah pley-off mərhələsində Polşa təmsilçisi ilə qarşılaşacaq.
Qeyd edək ki, çempionatda 33 ölkədən ümumilikdə 40 komanda iştirak edir.